Azərbaycan futbolu

Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

Azərbaycanın U-21 yığması Avro-2025-in seçmə mərhələsində ilk oyununa çıxıb.

Aut.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv səfərdə Serbiya ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:0.

Azərbaycan yığmasının heyətində Süleyman Damadayev 90-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Milli seçmə mərhələnin F qrupunda İngiltərə, Ukrayna, Serbiya, Lüksemburq və Şimali İrlandiya ilə mübarizə aparacaq.

U-21 Avro-2025
Seçmə mərhələ, II tur

12 sentyabr

Serbiya – Azərbaycan – 2:0
Qollar:
 M.İliç, 19, 26

Xal durumu: İngiltərə – 3, Serbiya – 3, Ukrayna – 3, Lüksemburq – 3, Şimali İrlandiya – 0, Azərbaycan – 0.