İngiltərə

Premyer Liqa tarixinin ən yaxşı müdafiəçiləri kimlərdir?

“FourFourTwo” İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçilərinin reytinqini tərtib edib.

Aut.az xəbər verir ki, siyahıya “Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand başçılıq edir.

İkinci yerdə Eşli Koul (“Çelsi”, “Arsenal”) qərarlaşıb. Vircil van Dayk isə (“Liverpul”, “Sauthempton”) “ilk üçlüy”ü tamamlayır.

“Onluq”da həmçinin: Con Terri (Çelsi), Kayl Uoker (“Mançester Siti”, “Tottenhem”, “Aston Villa”), Vinsent Kompani (“Mançester Siti”), Nemanya Vidiç (“Mançester Yunayted”), Toni Adams (“Arsenal”), Sol Kempbell (“Tottenhem”, “Arsenal”, “Portsmut”, “Nyukasl”) və Qari Nevill (“Mançester Yunayted”)  kimi müdafiəçilər qərarlaşıb.

Aut.az