Avropa Çempionatıİngiltərə

Bellinqemin bu nalayiq jesti cəzasız qalacaq – VİDEO

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Avro-2024-ün Slovakiya millisi ilə 1/8 final oyunu zamanı etdiyi nalayiq jestə görə cəzalandırılmayacaq.

Aut.az xəbər verir ki, bu barədə məşhur jurnalist Mett Lou X sosial şəbəkəsində məlumat verib.

Mənbənin sözlərinə görə, UEFA İngiltərə – Slovakiya matçında (2:1) baş vermiş bütün insidentləri nəzərdən keçirəcək. Lakin Bellinqem hərəkətinə görə cəzalandırılmayacaq.

Cud qol vurduqdan sonra əlini qasıq nahiyəsinə endirib və orada yelləyib. Bundan sonra futbolçu hörmətsizlikdə ittiham olunub. Ancaq o, əməlində pis niyət olmadığını bildirib:

“Bu jest “öz xalqımız” üçün bir zarafatdır. Oyunda iştirak edən yaxın dostlara göndərilib. Slovakiya millisi bugünkü çıxışına görə böyük hörmət qazanıb”.

Qeyd edək ki, İngiltərə 1/4 finalda İsveçrə millisi ilə qarşılaşacaq.

Aut.az