Xəbəri bossa belə çatdırıb: “Gedək qəhvə içək, “Ferrari”yə gedirəm”
“Mercedes”in bossu Toto Volff, sürücü Lyuis Hemiltonun mövsüm başlamazdan əvvəl 2025-ci il çempionatından “Ferrari”yə keçəcəyi ilə bağlı xəbərlə onu necə təəccübləndirdiyindən danışıb.
Aut.az xəbər verir ki, o, Hemiltonun bu xəbəri qəflətən verdiyini bildirib.
“Qışda hazırlığın başlanğıcında Lyuis gəldi və soruşdu: “Qəhvə içə bilərikmi?” Mən heç nədən şübhələnmədim və o, dedi: “Ferrari”yə keçirəm”.
Düzünü desəm, məyus deyiləm və ya inciməmişəm. “Mercedes”də birlikdə çox gözəl illər keçirdik, çoxlu titullar qazandıq. Amma onu qırmızıda təsəvvür edə bilmirəm, bu rəngin ona yaraşdığını düşünmürəm (gülür). Mən ona dedim ki, o, “Mercedes”in arxa qanadını təsəvvür etməlidir – o, bunu tez-tez görəcək”, – Volf bildirib.
“Ferrari”də Hemilton 2024-cü il mövsümündən sonra komandadan ayrılacaq Karlos Sayntsın yerinə keçəcək.
Aut.az
