Alonsonun Dakar arzusu: Karyerasının bitirməzdən əvvəl…
“Aston Martin” komandasının sürücüsü Fernando Alonso etiraf edib ki, peşəkar karyerasını bitirməzdən əvvəl nüfuzlu Dakar rallisində qalib gəlmək istəyir.
“Düşünürəm ki, mənim növbəti ən böyük hədəfim Dakar olacaq. Əgər qalib gələ bilsəm, bu, mənim üçün böyük mükafat olacaq. Mən əvvəllər Formula 1, Le Man və Daytonda qalib gəlmişəm. Əgər rallidə də qalib gələ bilsəm, bu, bir sürücü kimi mənim üçün çox şey ifadə edəcək”, – deyə “Pit Debrief” Alonsodan sitat gətirib.
Aut.az
