Tam uğursuzluq: “Red Bull” pilotunu açıq şəkildə tənqid etdi
“Red Bull”un rəhbərlərindən olan Helmut Marko Belçika Qran Prisində yarışa ikinci başlayan və 8-ci yeri tutan pilot Serxio Peresi tənqid edib.
“Serxionun yaxşı nəticə qazanmaq şansı var idi, çünki o, ikinci başladı. Amma heç nə alınmadı. Bu, tam uğursuzluqdur, xüsusən də yarışın ikinci hissəsi. Təəssüf ki, yaxşı sıralanma yarışda nəticəyə çevrilmədi”, – Marko deyib.
“Red Bull”un baş məşqçisi Kristian Horner komandanın yay fasiləsində Peresin mümkün əvəzlənməsini müzakirə etmək üçün bu gün görüşəcəyini etiraf edib.
“Görüş olacaq, ancaq Serxio ilə bağlı deyil. Fasiləyə qədər müzakirə ediləcək çox şey var, danışacaq çox şeyimiz var”, – Horner bildirib.
Bundan əvvəl “Red Bull”un Peresi Daniel Rikkardo və ya Liam Losonla əvəzləməyə hazır olduğu bildirilirdi.
Aut.az
