Etiraf etdi: Onların arasında münaqişə olub
“Red Bull” komandasının 27 yaşlı pilotu və dördqat Formula 1 çempionu Maks Ferstappen klubun avtoidman üzrə məsləhətçi Helmut Marko ilə rəhbəri Kristian Horner arasında səlahiyyət uğrunda yaşanan münaqişədən danışıb.
“Dəfələrlə deyirəm ki, kənar adamların dedikləri mənim üçün o qədər də vacib deyil. Mənim üçün önəmli olan komanda daxilində baş verənlərdir, bizimlə heç bir əlaqəsi olmayan insanlar deyil.
Açığı, komandamızda gərgin və səs-küylü idi, bu dəqiqdir. Yoxsa bu haqda heç kim yazmazdı. Amma düşünürəm ki, biz öz aramızda yaxşı razılığa gələ bildik və hər şeyi həll edə bildik”, – “Racingnews365” Ferstappenin sözlərini sitat gətirib.
Aut.az
