Formula 1

Daha dözmədilər: Bu qəzadan sonra onu qovdular

Formula 1 komandası “Uillyams” pilot Loqan Sargentlə müqaviləyə xitam verdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, amerikalı bu mövsüm xal toplamayıb və müntəzəm olaraq xərcləmə limiti altında komanda üçün baha başa gələn qəzalar törədib.

Sargentin son böyük qəzası sonuncu Niderland Qran Prisində baş verib.

Loqanın yerinə Franko Kolapinto mövsümün sonuna qədər “Uillyams”ın maşınında oturacaq. Komandanın akademiyasının 21 yaşlı argentinalı pilotu cari çempionatı F2-də keçirib.

Aut.az