Lekler belə istirahət edir – FOTO
“Ferrari” sürücüsü Çarlz Lekler Formula 1-in mövsümlərarası fasiləsində Meksikada istirahət edir.
Aut.az xəbər verir ki, Lekler “X” sosial şəbəkəsindəki səhifəsində necə istirahət etdiyini əks etdirən fotoları yerləşdirib. 2024-cü il mövsümündə Çarlz Lekler fərdi çempionatda üçüncü yeri tutub.
Gələn il Leklerin “Ferrari”də komanda yoldaşı yeddiqat Formula 1 çempionu Lyuis Hemilton olacaq.
2025 Formula 1 mövsümü martın 14-də Avstraliyanın Melburn şəhərində başlayacaq.


