Formula 1

Karyerasını bitirəndən sonra bu işlə məşğul olacaq

Avstriyanın “Red Bull” komandasının sürücüsü, niderlandlı Maks Ferstappen Formula 1-də karyerasını bitirdikdən sonra nə işlə məşğul olacağını açıqlayıb.

“Mən həmişə özümə deyirdim ki, əgər tam ştatlı pilot olmasaydım, Formula 1-də qalmaq üçün əlimdən gələni edərdim,  ancaq menecer və ya başqa bir rəhbər vəzifədə. Ona görə də düşünürəm ki, nə vaxtsa bu öhdəlikləri öz üzərimə götürəcəm”, – “Sports Rush” portalı Ferstappenin sözlərindən sitat gətirir.

Xatırladaq ki, Ferstappenin 27 yaşı var. Niderlandlı sürücü dördqat Formula 1 çempionudur. Maks 2016-cı ildən “Red Bull”da çıxış edir.

Aut.az