Əl-Şeyx elan etdi: “Tottenhem”in stadionunda böyük şou olacaq
Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyx “The Ring” jurnalından ilk dəfə keçiriləcək turniri rəsmən açıqlayıb.
Aut.az xəbər verir ki, boks gecəsi aprelin 26-da İngiltərənin paytaxtı Londondakı “Tottenhem Hotspur” stadionunda keçiriləcək. Şou “Fatal Fury: City of The Wolves” adlanır.
Əsas hadisə orta çəkidə (72,6 kq-a qədər) döyüş olacaq – britaniyalı Kris Eubank (34-3, 25 KO) və onun həmyerlisi Konor Benn (23-0, 14 KO) rinqdə görüşəcəklər.
Aut.az
