Fyuri növbəti döyüşlərinin vaxtı açıqlandı
Ağır çəkidə sabiq dünya çempionu, britaniyalı Tayson Fyuri növbəti döyüşü barədə danışıb.
Aut.az xəbər verir ki, yayın sonuna doğru görüş keçirməyi planlaşdırdığını açıqlayıb:
“Bu il üç döyüş keçirməyi planlaşdırmışam. Bunlar aprel, avqust və böyük döyüşlərin nə vaxt elan olunacağından asılı olaraq ya oktyabr, ya da noyabr olacaq.
Hələlik rəqib müəyyənləşməyib. Amma yenə də məsələ rəqibdə deyil. Söhbət həmişə insanın özü ilə mübarizəsindən gedir. Buna görə də qarşımdakı rəqib Co Bloqs da olsa, Mayk Tayson da olsa, bu mənim üçün vacib olacaq”.
Aut.az
