Boks

Tayson bu döyüş haqda: Ölümünə qorxuram

Keçmiş mütləq dünya çempionu Mayk Tayson (50-6, 44 KO) hazırda döyüş karyerası ilə fəal məşğul olan bloger Ceyk Pol (9-1, 6 KO) ilə rinqə çıxacaq. Döyüş iyulun 20-nə təyin edilib.

Aut.az xəbər verir ki, əfsanəvi Tayson bu döyüş haqqında fikirlərini bölüşüb.

“Əslində qəribə bir xasiyyətim var. Nə etməkdən qorxsam, onu edirəm. 2020-ci ildə Roy Cons Jr. döyüşündən qorxdum, amma qorxduğum hər şeyin öhdəsindən gəldim. Bu mənim şəxsiyyətimdir. İndi mən yenə də ölümünə qorxuram.

YouTube-da Polun 16 yaşında qəribə rəqslər etdiyi videoları görmüşəm, amma bu mənim döyüşəcəyim oğlan deyil. Rinqə çıxan bu oğlan öyrəşdiyim ağrıları mənə yaşatmağa çalışacaq. Bu, onun üçün böyük səhv olardı”, – Mayk deyib.

Aut.az