Azərbaycan futbolu

“Qaradağ Lökbatan” və “Araz Saatlı” qələbə qazandı

Futbol üzrə Azərbaycan I Liqasında XX turun görüşləri davam edir.

Aut.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” “Difai Ağsu”nu, “Araz Saatlı” isə “İrəvan”ı məğlub edib.

“Difai Ağsu” – “Qaradağ Lökbatan” 1:2
Qollar: 
İlham Allahverdiyev, 41 (pen) – Seyxan Fərəcov, 2 (pen), Mikel Badejo, 68

“İrəvan” – “Araz Saatlı” 1:4
Qollar: 
Fərid Kərimzadə, 90 – Ravil Yusifli, 15 (pen), 77, Lamin Çam, 37, Rəvan Əvəzov, 45+4
Qırmızı vərəqə: Bəşir Ayralov, 50 (“İrəvan”)