Formula 1

Formula 1 ən yaxşı dövrə üçün xal ləğvinə görə izahat verdi

Formula 1-də ən yaxşı dövrə üçün xal ləğv edilib.

Aut.az xəbər verir ki, təşkilatın mətbuat xidməti bununla bağlı izahat verib.

“Yarışda ən sürətli dövrəyə görə bonus xal bəzən mübahisə doğururdu. Ona görə də onun qarşıdakı mövsüm üçün xal sistemindən çıxarılması qərara alınıb”, – deyə press-relizdə qeyd olunub.

Ən sürətli dövrəyə görə xal 2019-cu ildən verilirdi.

Aut.az