Formula 1

Sensasion xəbər: Dördqat çempion qayıtmaq istəyir

Dördqat Formula 1 çempionu Sebastyan Fettel “Kral Yarışları”na qayıtmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə F1-Insider idmançıya yaxın mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, alman yenidən dünya çempionatında mübarizə aparmaq gücündə olduğunu hiss edir.

F1-Insider həmçinin xatırladıb ki, hazırda Formula 1-də 43 yaşlı Fernando Alonso (Aston Martin) və 40 yaşlı Lyuis Hemilton (Ferrari) yarışırlar. Fettelin hazırda 37 yaşı var.

Sebastyan 2022-ci il mövsümündən sonra karyerasını bitirmək qərarına gəlib.

Aut.az