Premyer Liqa klubunun əfsanəsi öldü
Məşhur ingilis futbolçu Ronni Boys 83 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, 1959-cu ildə çox gənc Boys məktəb kriket komandasından “Vest Hem”ə qoşulub.
Həmin ilin sonunda Cənub kubokunda “Milliol”la oyunda debüt edib. O, futbola yarımmüdafiəçi mövqeyində başlayıb.
Cəmi bir il sonra İngiltərə çempionatında ilk rəsmi matçını “Preston”a qarşı keçirib.
Ronnie “Vest Hem”də 14 mövsüm keçirib. 19 may 1965-ci ildə “Vest Hem”in heyətində Kuboklar Kubokunu qazanıb.
Oyunçu karyerasını bitirdikdən sonra Boys “çəkicdöyənlər”in məşqçilər korpusuna daxil olub və 1995-ci ilə qədər klubun strukturunda çalışıb.
2019-cu ildə “Vest Hem” onu ”ömürlük nailiyyət” mükafatı ilə təltif edib.

Aut.az
