İngiltərəAlmaniya

“Siti”dən inanılmaz həmlə: Pep onunla görüşdü, 150 milyon verirlər

“Mançester Siti” Florian Virts üçün 150 milyon avro ödəməyə hazırdır.

Aut.az  “Bild”ə istinadən xəbər verir ki, “Bayer” hələ də yarımmüdafiəçinin klubda daha bir mövsüm qalacağına inanır və gələn ilin yayında qüvvəyə minəcək 125 milyon avroluq sərbəst qalma bəndi də daxil olmaqla, müqaviləni 2028-ci ilə qədər uzatmaq ümidini itirməyib.

Ancaq Virts müqaviləsini yeniləməmək qərarına gəlsə, çox güman ki, bu yay klubu tərk edəcək. “Bayer” ən azı 150 milyon avro tələb edəcək.

21 yaşlı futbolçu ilə “Real Madrid”, “Mançester Siti” və “Bavariya ” maraqlanır. Virtsin gələcəklə bağlı qərarı əsasən onun məqsədlərindən asılı olacaq – o, Çempionlar Liqasını və “Qızıl top”u qazanmaq istəyir. Bu baxımdan “Real Madrid” ə keçmək variantını ən üstün hesab edir, “Bavariya” ilə olan variant isə onu ən az cəlb edir. Lakin Madrid klubu yarımmüdafiəçini almağa cəhd edib-etməyəcəyinə yalnız may ayında qərar verəcək.

“Siti”nin baş məşqçisi Pep Qvrdiolanın oyunçu ilə görüşdüyü və onun komandanın sisteminə necə uyğunlaşacağını və Kevin De Bruyneni əvəz edəcəyini izah etdiyi deyilir. “Şəhərlilər”  “Bayer”ə 150 ​​milyon avro ödəməyə və Floriana illik 25 milyon avro maaş təklif etməyə hazırdır.

Futbolçunun atası isə Virsin “Bavariya”ya keçməsinə üstünlük verir. O, artıq bir neçə dəfə Münhen klubunun fəxri prezidenti Uli Höneslə görüşüb.

Cari mövsümdə Virts 26 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib.

Aut.az