Atası kimi istedadır: Runinin oğlu üç yaş qrupunu birdən adladı
Kay Runi Xorvatiyadakı nüfuzlu turnir üçün “Mançester Yunayted”in 19 yaşadək futbolçulardan ibarət komandasına dəvət alıb.
Aut.az xəbər verir ki, 15 yaşlı hücumçu Şimali İrlandiya Gənclər Superkubokunun finalına yüksələn 16 yaşadək futbolçulardan ibarət komandanın heyətində fantastik oyun göstərrib.
Atası Ueyn kimi cinahda və ya 9 nömrə kimi fəaliyyət göstərə bilən Kay, Şimali İrlandiyada “Yunayted”in ilk oyununda qol vurub və məhsuldar ötürmə verib.
İndi Kay özündən üç yaş böyük rəqiblərə qarşı beynəlxalq turnirdə iştirak etmək üçün dəvət alıb. O, Mladen Ramlyak Memorial Turnirində Avropanın ən yaxşı akademiyalarınaq qarşı oynamaq üçün “Yunayted”in 19 yaşadək futbolçuları ilə Xorvatiyaya gedir.
Gənc “qırmızı şeytanlar” “Yuventus”, “Rapid Buxarest” və “Dinamo Zaqreb”lə birlikdə A qrupuna düşüb.
Aut.az
