İngiltərə

Runi MY-dən əvvəl bu nəhəng kluba keçə bilərmiş: Razılığa gəlinmişdi, amma…

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi karyerası ilə bağlı maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, vaxtilə “Çelsi”dən təklif aldıqlarını bildirib:

“Avro-2004 zamanı “Everton” mənim transferim üçün “Çelsi” ilə razılığa gəlmişdi, amma mən bundan tamamilə xəbərsiz idim. Daha sonra agentim Abramoviç və onun komandası ilə danışdı. Onlar razı olduqlarını dedilər, lakin məni transfer edib “Midlsbro”ya icarəyə göndərmək istəyirdilər. Mən düşündüm, o an Londona getməyin mənası olmadığını gördüm”.

Xatırladaq ki, 2004-cü ildə Runi “Mançester Yunayted”ə transfer olunub və 2017-ci ilə qədər bu klubun formasını geyinib. O, mankunianlıların heyətində 559 oyun keçirib, 253 qol vurub və 142 məhsuldar ötürmə edib.