İngiltərə

Məşhur oyunda Sonun personajı yaradıldı – VİDEO

“Tottenhem”in kapitanı Son Hın-Min məşhur “Fortnite” oyununun bir hissəsinə çevrilib.

Aut.az xəbər verir ki, sosial şəbəkələrdə cənubi koreyalı hücumçunun yeni oyun personajı kimi təqdim olunduğu treyler yayılıb. Onun virtual obrazı məşhur şuter üslubunda yaradılıb və futbol meydanındakı qədər xarizmatik görünür.

Məşhur insayder Shiinanın məlumatın görə, Son Hın-Minin obrazı “Fortnite” oyunçuları üçün 21-28 iyun tarixləri arasında əlçatan olacaq.

Xatırladaq ki, may ayında Cənubi koreyalı hücumçu komandaya son 17 ildə ilk dəfə Avropa Liqasını qazanmağa kömək edib.

Aut.az