Məhkəmə çəkişməsi: Görün “Siti” nə qədər xərcə düşüb
“Mançester Siti”nin 115-dən çox maliyyə pozuntusu ilə bağlı Premyer Liqa ilə məhkəmə prosesləri davam edir.
Aut.az xəbər verir ki, proseslər zamanı “şəhərlilər”in məhkəmə xərclərinin 36,7 milyon avro təşkil etdiyi məlum olub. Bu barədə “The Sun” məlumat yayıb.
Qeyd olunur ki, bu məbləğ Mançester təmsilçisinin məxsus olduğu “City Football Group”un maliyyə hesabatları sayəsində müəyyənləşib. Sözügedən məbləğ vəkillərə, məhkəmə rüsumlarına və digər məsələlərə xərclənib.
Aut.az
