İngiltərə

Ona heyran olub: Haalandla döyüşü uddu

“Tottenhem”in sabiq baş məşqçisi Harri Rednapp Premyer Liqanın 28-ci turunda “Mançester Siti” ilə oyunda (1:1) “Liverpul”un müdafiəçisi Vircil van Deykə heyran olduğunu bildirib.

Aut.az xəbər verir ki, o, bu barədə “Liverpool World”a açıqlamasında danışıb.

“Erlinq Haalandın “Liverpul”a qarşı şansları var idi, amma məncə, Van Deyk bu döyüşü qazandı. O, sadəcə olaraq əla idi. Onun bütün zamanların ən yaxşı müdafiəçiləri arasında yer alması ilə bağlı çoxlu müzakirələr gedir.

Mən özüm bu suala cavab verə bilmərəm, amma ondan üstün olanlar çox ola bilməz. O, hər şey edə bilər”, – Rednapp bildirib.

32 yaşlı Van Deykin “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Aut.az