İtaliya nəhəngi De Zerbi ilə danışıqlara başladı
“Yuventus” baş məşqçi axtarışlarını davam etdirir.
Aut.az xəbər verir ki, hazırkı çalışdırıcı Massimiliano Alleqri postunu tərk edəcəyi təqdirdə “qoca sinyora” “Brayton”un çalışdırıcısı Roberto De Zerbini dəvət etməyi planlaşdırır. Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Artıq onunla ilkin danışıqlar aparılıb. De Zerbi İngiltərə klubunu vaxtından əvvəl tərk edərsə, 15 milyon avro ödəməlidir. Turinlilər isə təzminat ödəmək istəmir. 44 yaşlı mütəxəssis bununla bağlı “Brayton” rəhbərliyi ilə bu barədə danışacaq.
Hazırda “Yuventus” İtaliya A seriyasında 3-cü pillədədir.
Qeyd edək ki, De Zerbinin adı “Çelsi” və “Liverpul”la da yanaşı hallanır.
Aut.az
