Almaniyaİngiltərə

Almaniya nəhəngi onunla anlaşdı: “Çelsi” transferə razılıq verəcək?

Dortmund “Borussiya”sı “Çelsi”nin futbolçusu Renato Veyqa ilə şifahi razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports”un jurnalisti Florian Plettenberq məlumat verib.

Mənbənin sözlərinə görə, Almaniya klubu 21 yaşlı portuqaliyalını qış transfer pəncərəsində heyətinə qatmaq istəyir. Futbolçunun özü transferə razıdır.

İndi “arılar” icarə müqaviləsinin şərtləri ilə bağlı “Çelsi” ilə razılaşmağa çalır. Bundan əlavə, oyunçunun müqaviləsində onu satın almaq variantı da olabilər.

“Çelsi” Veiqanı keçən yay “Bazel”dən 14 milyon avroya alıb. Bu mövsüm o, oyun vaxtının yarısını Konfrans Liqasında keçirib və burada 2 qol və 1 məhsuldar ötürmə edib.

Aut.az