25 il keçib, amma hələ də Bekhemə qəzəblidir – VİDEO
Maykl Ouen 1998-ci ildə Fransada keçirilən dünya çempionatında İngiltərənin Argentinaya 1/8 finalda məğlubiyyətini heç cür ağlından çıxara bilmir.
Aut.az xəbər verir ki, “Liverpul”, “Mançester Yunayted” və “Real”ın keçmiş oyunçusu hadisədə qismən Devid Bekhemi günahlandırır.
“İnter Mayami”nin sahibi həmin oyunda birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu və Argentina penaltilər seriyasında qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.
“Əvvəla, mən hesab etmirəm ki, Bekhemin qayda pozuntusu birbaşa qırmızı vərəqəyə layiq idi, amma bunun heç bir əhəmiyyəti yoxdur. O, səhv etdi və bu illər sonra da bu səhv mənim yadımdan çıxmır.
Bekhem böyük səhv etdi. Məncə, bunu etiraf etdi. Nəzərə alın ki, bu səhv dünya çempionatında mübarizəni dayandırmağımıza səbəbə oldu. Ona görə də, bu, kiçik bir şey deyil”, – Ouen bildirib.
