Morqan “Yunayted”i belə ələ saldı – FOTO
Dekabrın 2-də “Nyukasl” və “Mançester Yunayted” komandaları arasında Premyer Liqanın 14-cü turunun oyunu keçirilib. Oyun “sağsağanlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Aut.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra London “Arsenal”ının alovlu fanatı və britaniyalı jurnalist Pirs Morqan “X” səhifəsində “qırmızı şeytanlar”ı ələ salıb:
“Mançester Yunayted” indi Premyer Liqada hətta ən yaxşı “Yunayted” belə deyil”.

Aut.az
