Cerrardın ən ağır zədəsi: Cinsi orqanım iki yerə bölünmüşdü
İngiltərə Kuboku, 2014-cü il. “Liverpul” “Bornmut”la oynayır. Steven Gerrard Harri Arteri bütün matç ərzində saxlayıb. Epizodların birində Arter cinahla irəliləyir. Cerrard onu qarşılayır, sərt toqquşma.
Aut.az xəbər verir ki,bu barədə Cerrardın avtobioqrafik kitabında deyilir.
Əvvəlcə Arterin kobud oynadığı görünürdü, lakin Cerrard sakitcə ayağa qalxdı, laynsmenin yanına getdi, nəyisə izah etdi və sarı vərəqə aldı. Bir neçə dəqiqədən sonra o, baş məşqçi Brendan Rocersi yanına gedir və deyir: “Düşünürəm ki, cinsi orqanım yarıya bölünüb”.
Cerrard kitabda qeyd edir: “Rocers dəhşətə gəldi”.
Həkimlər Cerrardı kameralardan qorumaq üçün tez bir zamanda divar düzəldiblər. Onlardan biri Kris Morqan deyib: “Narahat olma, yaxşı olacaqsan”.
Stiven: “Qorxdum, amma Krisin sözlərindən sonra anladım ki, mənim “əsgərim” bu gün yerə yıxılmayacaq”.
Rocers paltardəyişmə otağında oyunun yekunları ilə bağlı danışır, akademiyanın həkimi Endryu Massi də zədəni elə orada yoxlayırdı – baş həkim orada yox idi. Cerrard şortunu aşağı çəkərək böyük qan ləkəsi göstərdi.
“Borunmut” əlavə otaq ayırdı və həkimlər Massey tikiş vurmağa başladı. Həkim xatırlayır: “Baxdım, hər yer qan idi. Fikirləşdim: bu dəhşətli ağrı verməlidir. İş ondadır ki, universitetdə bizə cinsi orqan tikməyi öyrətməmişdilər. Tikdiyim ilk cinsi orqanın Cerrard olmasını istəmirdim. Amma elə alındı”.
Stiven xatırlayıb: “Ağrıdırdı. Amma ümid edirdim ki, köhnə dostumla vidalaşmıram. Massey bacardı. Dedi ki, dörd tikiş olacaq. Elə də oldu”.
Aut.az
