Dünyanın ən yaxşı qapıçısının yerinə onu gətirirlər
“Aston Villa” və “Brest” 34 yaşlı Niderland qapıçısı Marko Bizotun transferi ilə bağlı razılığa gəliblər.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Qeyd olunur ki, Bizot transferi yekunlaşdırmaq üçün yaxın günlərdə Birmingemə yollanacaq. İngiltərə klubu onun üçün xüsusi təyyarə ayırmağa hazırdır.
Hazırda futbolçunun şəxsi müqavilə şərtləri hələ razılaşdırılmayıb. Bizot, böyük ehtimalla, “Aston Villa”nı tərk etmək üzrə olan Emiliano Martinesin əvəzedicisi olacaq. Əgər argentinalı qapıçı komandada qalarsa, Marko onunla əsas heyət uğrunda rəqabət aparacaq.
Bizot 2024/25 mövsümündə “Brest”in heyətində bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb, 68 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Martines 2023 və 2024-cü illərdə FİFA tərəfindən dünyanın ən yaxşı qapıçısı seçilib.
Aut.az
