Əfsanənin qızı nişanlandığını elan etdi – FOTO
İngiltərə futbolunun əfsanəsi Alan Şirerin qızı Holli İngiltərənin ulduz reqbiçisi Co Marçantla nişanlandığını açıqlayıb .
Aut.az xəbər verir ki, Co Holliyə Parisdə Sena çayında evlilik təklifi edib. Xoşbəxt cütlük bu anı çəkib və İnstaqramda paylaşım edib.
“Ən yaxşı gün! 💍 Sevdiyimə “hə” deməliyəm ❤”, – deyə qız emosiyalarını bölüşüb.
Cütlük 2022-ci ildə görüşməyə başlayıb. 28 yaşlı reqbiçi yerli “Stade Francais” klubu ilə müqavilə bağladığı üçün Holli və Co indi Parisdə yaşayırlar.
Alan Şirer sakitcə reqbi oyunçusunu ailəsinə qəbul edib və deyib: “Onun futbolçu olmadığına şadam”.
Aut.az








