Vinisiusun het-trikinə Mbappedən anlaşılmaz reaksiya – FOTO
“Real Madrid”in hücumçusu Kilian Mbappe Vinisiusun “Osasuna” ilə matçda (4:0) etdiyi het-trikə anlaşılmaz reaksiya verib.
Aut.az xəbər verir ki, braziliyalı matçda üçüncü qolunu vurduqda, digər komanda yoldaşları Vinisiusu təbrik etməyə tələsərkən, fransız yerindən tərpənməyib. Sosial şəbəkələrdə bu an dərhal azarkeşlər arasında Mbappenin komanda yoldaşları ilə gərgin münasibəti ilə bağlı söhbətlərə səbəb olub.
Maraqlıdır ki, “Osasuna” ilə matçda fransalı davamlı olaraq oyunu öz üzərinə götürüb, praktiki olaraq tərəfdaşlarına ötürmə etməyib, lakin qol da vura bilməyib.
Əvvəllər müxtəlif KİV-lər Mbappenin klubdakı mövqeyindən narazı qaldığı bildirilirdi.
Aut.az



