İngiltərə

Premyer Liqa tarixində belə biabırçılıq olmamışdı

“Bernli” İngiltərə Premyer Liqa tarixində heç də xoş olmayan ilkə imza atıb.

Aut.az xəbər verir ki, komanda mövsümün ilk 10 ev oyunundan 9-da məğlub olub. Bu, sözügedən çempionatda ilk dəfə yaşanıb. Bu barədə “Opta Sports” məlumat yayıb.

“Bernli” 19-cu turda “Liverpul”a məğlub olmaqla (0:2) anti-rekorda imza atıb.

Qeyd edək ki, “bənövşəyilər” yeganə ev qələbəsini İngiltərə çempionatının 14-cü turunun “Şeffild Yunayted”lə görüşündə qazanıb – 5:0.