İngiltərə

Hazırkı Premyer Liqa cənnətdir – Həqiqətdir?

“Liverpul”un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karraqer İngiltərə Premyer Liqasının cari mövsümündə çempionluq uğrunda mübarizə ilə bağlı fikirlərini bölüşüb.

“Premyer Liqanın arzusu iki klubun son tura qədər çempionluq uğrunda mübarizə aparmasıdır. Əgər üç komanda varsa, deməli, bu, ümumiyyətlə, neytral azarkeş üçün cənnətdir”, – Karrager bildirib.

Sabiq futbolçu İngiltərə çempionatındakı hazırkı vəziyyətdən həzz almağa çağırıb.

Xatırladaq ki, Premyer Liqada turnir cədvəlinə 63 xalla “Liverpul” başçılıq edir. Onu “Mançester Siti” (62) və “Arsenal” (61 xal) izləyir.

Aut.az