Dünya futboluİngiltərə

Onun taktikasının alqışlanmasına qəzəbləndi: Mənə “avtobus qurub” deyirdilər

Joze Mourinyo “Arsenal”ın baş məşqçisi Mikel Artetanın “Mançester Siti” ilə matçlardakı taktikasından danışıb.

Aut.az xəbər verir ki, 0:0 hesabı ilə yekunlaşan oyunda Artetanın ultramüdafiə futbolunun alıqışlanması Mourinyonu özündən çıxarıb

“Mən onun üçün xoşbəxtəm, çünki oğlanı bəyənirəm. Və onun üçün hər şeyin yaxşı getdiyinə şadam.

Amma “Arsenal”ın buna nail olmaq üçün seçdiyi taktika və medianın sehrli strategiyadan danışması… Mənim vaxtımda belə deyildi.

Mən bir neçə dəfə “Mançester Siti”ni məğlub etmişəm. Ancaq onda bunu heyrətamiz strategiya deyil, müdafiə oyunu adlandırdılar. Dayanmış avtobus. İkimərtəbəli avtobus. Baxış nöqtəsi fərqli idi”, – Mourinyo deyib.

Aut.az