Baş məşqçi futbolculardan xahiş etdi: Onu bağışlayın
Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi oyunçularından hücumçu Brahim Diası qaçırdığı penaltiyə görə bağışlamalarını istəyib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist İllyes Kaddouri “X” sosial media hesabında məlumat verib.
Mənbənin sözlərinə görə, məşqçi başa düşür ki, bu neqativ atmosfer tez bir zamanda səngiməsə, dünya çempionatına hazırlıq zamanı sıxıcı xarakter alacaq və komandada sabitliyi pozacaq.
Brahim Dias turnirdə 5 qol vuraraq Afrika Millətlər Kubokunun bombardiri olub.
Seneqala qarşı Afrika Millətlər Kubokunun final matçının 90+24-cü dəqiqəsində (0:1) futbolçu penaltini “panenka” zəörbəsi ilə vurub və rəqib qapıçı topu qaytarıb. Əlavə vaxtda isə Seneqal qələbə qolunu vurub.
Aut.az
