İngiltərə

Onun qədər sevilən futbolçu ilə rastlaşmamışam – Klopp kim haqda deyib?

“Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümünün sonunda kamerunlu müdafiəçi Joel Matipin Mersisayd klubundan ayrılacağına münasibət bildirib.

Aut.az xəbər verir ki, Klop bu barədə klubun mətbuat xidmətinə danışıb.

“Futbol oynadığım bütün illər ərzində Joel qədər sevilən futbolçu ilə rastlaşmamışam. Onun haqqında kiminsə pis bir şey deyəcəyinə belə əmin deyiləm. Gözəl peşəkar, gözəl futbolçu və gözəl insan – bu qədər uzun müddət bizimlə olduğu üçün bəxtimiz gətirdi. İndi əlimizdən gələn tək şey ona ən yaxşısını arzulamaqdır”, – Klopp bildirib.

Xatırladaq ki, daha əvvəl kamerunlu mərkəz müdafiəçisi Joel Matipin İngiltərə klubunda keçirdiyi 8 mövsümdən sonra bu mövsümün sonunda “Liverpul”u tərk edəcəyi məlum olmuşdu.

Aut.az