İngiltərə

17 yaşlı İbrahimov “Yunayted”lə peşəkar müqavilə bağladı

“Mançester Yunayted” 17 yaşlı yarımmüdafiəçi Əmir İbrahimovla peşəkar müqavilə bağlayıb.

Aut.az xəbər verir ki, əvvəllər dağıstanlı futbolçu ingilis klubu ilə gənclik müqaviləsi bağlamışdı. İbrahimov “qırmızı şeytanlar”ın akademiyasının yetirməsidir.

Bu mövsüm futbolçu 18 yaşadək İngiltərə Premyer Liqasında 16 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Ümumilikdə İbrahimov “Mançester Yunayted”in heyətində bütün turnirlərdə, o cümlədən UEFA Gənclər Çempionlar Liqasında 25 oyunda iştirak edib.

İbrahimov sosial şəbəkədəki səhifəsində yazıb: “Mançester Yunayted” ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün çox şadam, heç nə dəyişməyib, gərgin iş davam edir. “Əlhəmdülillah”.

Aut.az