Ona belə hücumçu lazımdır
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandaya necə hücumçu lazım olduğu haqda danışıb.
“Əlbəttə, meydanda hər kəsin fərqli vəzifələri var, amma forvard üçün əsas odur ki, istənilən formada qol vursun. Bu, hər şeydən daha vacibdir.
Bizə qol vuran hücumçu lazımdır, çünki komandamızda topu rəqibin cərimə meydançasına çatdırmaq qabiliyyəti var, ona görə də bu şansları dəyərləndirəcək biri lazımdır.
Biz yeni bir gələcək qurmalıyıq və təkcə qol vuran yox, həm də komanda üçün çox vacib olan hücum və pressinq kombinasiyasına yaxşı töhfə verən hücumçuya ehtiyacımız var”, – “Sky Sports” Ten Haqdan sitat gətirib.
Aut.az
