Braziliya millisinin üzvü futboldan ömürlük uzaqlaşdırılır?
Mərc oyunlarının qaydalarını pozmaqda ittiham olunan “Vest Hem”in və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketa ömürlük futboldan uzaqlaşdırıla bilər.
Aut.az xəbər verir ki. futbolçu Premyer Liqada bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.
“The Sun”ın məlumatına görə, İngiltərə Futbol Assosiasiyası Paketanın günahkar olduğu sübut olunacağı halda, onun ömürlük cəza almasını tövsiyə edir.
Braziliya millisinin üzvü dostları və tanışlarının pul qazanması üçün qəsdən Premyer Liqanın dörd matçında qəsdən sarı vərəqə almaqda ittiham olunur.
Təxminən 60 nəfərin Lukasa mərc qoyduğu güman edilir. Mərclər 7 funt-sterlinqdən 400 funt-sterlinq arasında dəyişib və nəticədə 100.000 funt-sterlinq qazanılıb.
Qəribədir ki, şübhəli mərc oyunları ilə bağlı həyəcan təbili çalan ilk bukmeker kontoru “Vest Hem”in titul sponsoru “Betway” olub.
Aut.az
