Əfsanələr arasında söz atışması: Özümü haqlı hiss edirəm
“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi ilə “Liverpul”un kapitanı Vircil van Deyk arasında söz mübahisəsi davam edir.
Aut.az xəbər verir ki, Runi daha əvvəl Vircil van Deykin bu mövsüm komandaya liderlik edə bilmədiyini bildirmişdi.
Mersisaydlı futbolçu ingilisin tənqidinə belə cavab vermişdi: “Ötən il onun səsi gəlmirdi. Bu, məni narahat etmir”.
Ueyn Runi yenə də məsələ ilə bağlı fikir bildirib:
“Bəlkə də bir az haqsızlıq etdim, çünki onu insan kimi o qədər də yaxşı tanımıram. Amma mən gördüklərimi danışdım və özümü haqlı hiss edirəm.
Van Deyk özünü yüksək standartlara uyğunlaşdıracaq. O, bu mövsüm yüksək performansa çatandan sonra özü üçün müəyyən etdiyi standartlara uyğun gəlmədiyini etiraf edəcək”.
Aut.az
