Cüzi məvacibə də razıdır, təki qayıtsın
“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq “Barselona”ya qayıtmaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, qabonlu hücumçu bunun üçün “Barselona”da ən cüzi maaş almağa hazırdır. Obameyanq “Barselona”da optimal formada ola biləcəyinə əmindir və digər klubların mümkün marağına baxmayaraq, bu komandaya üstünlük verir.
Eyni zamanda, Pyer-Emerik “Çelsi” ilə müqaviləni pozmağa hazırdır. 33 yaşlı futbolçu 2022-ci ilin yanvar-sentyabr aylarında “Barselona”da çıxış edib. Komandanın heyətində 24 oyunda 13 qol vurub və bir məhsuldar ötürmə edib. Daha sonra klub futbolçunun hüququnu 12 milyon avroya “Çelsi”yə satıb. O, London klubunda 18 görüşdə 3 dəfə fərqlənib və 1 məhsuldar ötürmə edib.
Aut.az
