Qvardiolanın “Siti”dəki gələcəyi bəlli oldu
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “şəhərlilər”ə rəhbərlik etməyə davam edəcək.
Aut.az xəbər verir ki, tərəflər müqavilənin uzadılması barədə razılığa gəliblər. Bu barədə “The Athletic” məlumat yayıb.
Bildirilir ki, yeni sözləşmə 1 il müddətinə – 2025/26 mövsümünün sonuna qədərdir. Ancaq anlaşmada müddətin uzadılmasına imkan verən bənd də var.
53 yaşlı ispaniyalı mütəxəssis 2016-cı ilin iyulundan “Mançester Siti”yə rəhbərlik edir. Qvardiolanın dövründə komanda 6 dəfə Premyer Liqanın, 1 dəfə Çempionlar Liqasının qalibi olub.
