İngiltərə

İttiham: Premyer Liqa klubları ya varlıların oyuncağıdır, ya da…

“Çelsi”nin keçmiş sahibi futbol klublarının hazırkı rəhbərlərini tənqid edib.

“Ərəblər. Qətər, Səudiyyə Ərəbistanı, Dubay, Bəhreyn… Premyer Liqa klubları ya varlıların oyuncağıdır, ya da daha betər, Amerika üslubuna əməl etməyə çalışırlar. Orada beş-altı milli idman növü var, hər birində də 10-12 klub. Və elitadan düşmə təhlükəsi də yoxdur.

Və onların hamısı sərvət idarəetmə şirkətlərinə məxsusdur. Onlar üçün bu, sadəcə bir sərmayədir. Artıq titulu qazanmırsan, onları alırsan və məncə, bu, biabırçılıqdır. Bu, artıq futbol deyil”, – Ken Beyts deyib.

Aut.az