Arteta bu sualı eşitdi və “aradan çıxdı” – VİDEO
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Yunayted”lə oyundan (1:1) sonra diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, o, Premyer Liqa titulu uğrunda mübarizə ilə bağlı sualları cavablandırmaq istəməyib. “Topçular”ın “Old Trafford”dakı xal itkisindən sonra Arteta ona bir sıra sualların verildiyi fleş müsahibəyə yollanıb.
O, bir neçə məqama aydınlıq gətirdikdən sonra getməyə hazırlaşıb, amma jurnalist məşqçinin cavab verməli olduğu daha bir sualın olduğunu bildirib. Artetadan komandasının artıq 15 xal geridə olduğu “Liverpul” ilə çempionluq yarışı haqqında fikri soruşulub. 42 yaşlı mütəxəssis sualın sonunu gözləmədən cəld şəkildə “yaxşı, sağ ol” cavabını verib və çıxıb gedib.
Aut.az
Mikel Arteta’s head is HOT. pic.twitter.com/QCD7bZUtX1
— Tactically Matt (@TacticallyMatt) March 9, 2025
