Formula 1

Formula 1-də müəmma: Ferstappenin atası “Maklaren”in salonuna niyə gedib?

Keçmiş Formula 1 pilotu Ralf Şumaxer, dördqat dünya çempionu Maks Ferstappenin nümayəndələrinin, meneceri Raymond Vermeulenin və atası Cos Verstappenin ötən həftəsonu keçirilən yarış zamanı “Maklaren” ilə danışıqlar apardıqlarını açıqlayıb.

Aut.az xəbər verir ki, “RacingNews365” Şumaxerin sözlərini sitat gətirib:

“Ötən həftə sonu Maksın meneceri və Cos Ferstappenin “Maklaren”in avtosalonunda görüntülərini gördüm. Bu, əlbəttə ki, təsadüf deyildi. Şübhəsiz ki, orada hansısa müzakirə baş verib. Onlar, mənə deyilənə görə, “Red Bull”da daha yaxşı olan qəhvə içmək üçün gəlməyiblər. Ona görə də orada nə baş verdiyini bilmək istəyirəm.

Formula 1 gözlənilməz olaraq qalır. Hər həftəsonu yeni bir şey baş verir. Əgər maşın birdən yenidən sürətlənərsə və komanda atmosferi yaxşılaşarsa, hər şey bir anda dəyişə bilər”.

Aut.az