Çempion FİA-nı hədələdi: Mənsiz davam edəcəksiniz
“Red Bull” komandasının pilotu Maks Ferstappen səs-küyə səbəb olan açıqlama verib.
Aut.az xəbər verir ki, o, “Formula 1”-i planlaşdırdığından tez tərk edə biləcəyini açıqlayıb.
Buna səbəb isə Verstappen mətbuat konfransında nalayiq ifadələr işlətdiyinə görə Beynəlxalq Avtomobil İdmanları Federasiyası (FİA) ilə birlikdə ictimai işlərlə cəzalandırıması olub. Hazırkı Formula 1 çempionu Azərbaycan Qran Prisinə vəsiqə zamanı bolidinin vəziyyəti barədə sərt danışaraq, avtomobilinin durumunu ağır sözlərlə ifadə edib.
“Belə şeylər mütləq gələcəyimə təsir edir. Özün ola bilməyəndə və ya belə axmaq şeylərlə məşğul olmaq məcburiyyətində qalanda…
İndi karyeramın elə bir nöqtəsindəyəm ki, hər zaman bununla məşğul olmaq istəmirəm. Bu, həqiqətən yorucudur. Bu, mənim üçün məşqə davam etmək üçün qətiyyən bir yol deyil.
Emosiyaları göstərməyi bacarmaq lazımdır. Yarışların hamısı budur. İstənilən idman növü. Trasda kimsə hücuma məruz qalırsa və ya nədənsə narazıdırsa, xoşagəlməz an baş verirsə və ya onlardan nə isə soruşulursa, bunun ardınca hansısa reaksiyanın gəlməsi olduqca normaldır.
Bilmirəm, FİA belə şeyləri nə dərəcədə ciddi qəbul edəcək, amma bu mənim üçün kifayətdir. Formula 1 mənsiz davam edəcək. Bu problem deyil. Amma bu, mənim üçün də problem deyil. Hər şey belə işləyir”.
Aut.az
