İtaliya

Varan “Komo”nu buna görə seçib: Gördüm ki…

Müdafiəçi Rafael Varan İtaliyanın “Komo” klubuna keçidini şərh edib.

Aut.az xəbər verir ki, klubun mətbuat xidməti Varandan sitat gətirib.

“Əvvəlcə layihənin nə ilə bağlı olduğunu bilmək mənə maraqlı idi. Və sonra dərhal gördüm ki, mənə təklif olunan hər hansı digər layihədən fərqli, xüsusidir.

Çox xoşbəxtəm. Görüləsi çox şey var, həyəcanlıdır. Mənim yüksək səviyyəli oyunlarda topladığım təcrübəm var. Bu bilikləri bölüşə və kluba zirvəyə çatmağa kömək edə bilərəm. Bu, çox həyəcanvericidir”, – Varan deyib.

Varan azad agent kimi “Mançester Yunayted”dən “Komo”ya keçib. Futbolçunun klubla müqaviləsi iki illikdir. “Transfermarkt” Varanı 20 milyon avro dəyərində qiymətləndirir.

Ötən mövsüm Varan 32 oyun keçirib və 1 qol vurub.

Aut.az