İtaliya

Prezident elan etdi: Bu, prinsip məsələsidir, pulu gətirin

“Napoli”nin prezidenti Aurelio De Laurentis Luçano Spalettinin İtaliya yığmasına baş məşqçi təyin olunması ilə bağlı yaranmış vəziyyətlə bağlı açıqlama verib.

Spalletti ötən mövsüm “Napoli”ni İtaliya çempionu edib. Bundan sonra yorğunluq səbəbindən məşqçilik karyerasına fasilə vermək qərarına gəlib.

“Napoli” onunla müqaviləni pozmamağa razılaşıb. Amma müqavilə şərtinə görə,  Spalletti 12 ay ərzində başqa komandaya təyin olunarsa, 3 milyon avrodan bir qədər çox kompensasiya ödəməlidir.

Roberto Mançininin istefasından sonra İtaliya Futbol Federasiyası (FIGC) millini qəbul etməyə hazır olduğunu bildirən Spalettiyə müraciət edib. “Napoli” ilə danışıqlarda maneə kompensasiyadır ki, federasiya da, məşqçi də pul ödəməkdən imtina edir.

“Napoli üçün üç milyon, əlbəttə ki, çox deyil, Aurelio De Laurentiis üçün, hətta daha azdır. Amma indiki halda söhbət “şər pul”dan yox, təkcə “Napoli”yə deyil, bütün İtaliya futbol sisteminə aid olan fundamental məsələdən gedir.

Federasiya problemlərə həvəskar münasibətindən əl çəkməli, biznesin, şirkətlərin və bazarın qaydalarına hörmət etməyə çalışmalıdır”, – “Napoli”nin prezidentinin məsələ ilə bağlı yaydığı açıqlamada deyilir.

Aut.az

.