Bunu bacarmasa, qovulacaq
“Yuventus” rəhbərliyi cari mövsümün sonunda Tyaqo Mottanı komandanın baş məşqçisi postundan qova bilər.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Onun sözlərinə görə, 42 yaşlı italiyalı mütəxəssisin gələcəyi “qoca sinyora”nın gələn mövsüm Çempionlar Liqasına düşüb-düşməməsindən asılı olacaq. Turin klubu “ilk dördlüy”ə düşə bilməsə, Mottanın postunda qalmaq şansı az olacaq.
Xatırladaq ki, Motta ötən yay “Bolonya”dan ayrılaraq “Yuventus”un “sükanı arxasına” keçib. Hazırda Turin komandası A Seriyasının turnir cədvəlində yalnız əlavə göstəricilərə görə “Latsio”nu qabaqlayaraq dördüncü yeri tutur.
Aut.az
