İngiltərəİtaliya

“Liverpul”la “Atalanta” böyük dəyiş-düyüşə gedə bilər

“Liverpul” və “Atalanta” qarşıdan gələn yay transfer pəncərəsində yüksək səviyyəli oyunçuları dəyişdirə bilərlər.

Aut.az xəbər verir ki, bu barədə “Quotidiano Sportivo” məlumat yayıb.

Aprelin sonlarında “Liverpul”un “Atalanta”nın forvardı Ademola Lukmanı imzalamaqda maraqlı olan klublar arasında olduğu bildirildi. Çempionluğu təmin edən “Liverpul” bu transferə italiyalı cinah oyunçusu Federiko Kyezanı da daxil edə bilər.

O, bir il əvvəl “Yuventus”dan “Liverpul”a keçib, lakin əsas heyət oyunçusu ola bilməyib.

Bu mövsüm Kyeza bütün yarışlarda 13 matçda cəmi 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Federiko A Seriyasına qayıtmağa hazırdır. “Atalanta” onun üçün cəlbedici seçim kimi görünür.

Kyezanın transfer dəyəri hazırda 18 milyon avro, Lukmanınkı  isə 60 milyon avro olaraq qiymətləndirilir.

Aut.az